"Fənərbaxça"nın yeni baş məşqçisi məlum olub İdman

"Fənərbaxça"nın yeni baş məşqçisi məlum olub

"Fənərbaxça" italiyalı mütəxəssis Domeniko Tedesko ilə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə "Fənərbaxça" futbol klubu məlumat yayıb.

Tedesko ilə 2 illik müqavilə imzalanacaq.

İtaliyalı mütəxəssisin köməkçisi Gökhan Gönül olacaq.

Qeyd edək ki, avqustun 29-u "Fənərbaxça"nın baş məşqçisi Jose Mourinyo istefaya göndərilib.