Polşa Belarusla sərhədi bağlayacaq Dünya

Polşa Belarusla sərhədi bağlayacaq

Polşa sentyabrın 11-də Belarusla sərhədi tamamilə bağlamaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib, Polşanın “Rzeczpospolita” qəzeti yazır.
Siyasətçinin fikrincə, bu addıma səbəb Belarus və Rusiyanın “Qərb-2025” birgə hərbi təlimləri olub.

"Ölkənin təhlükəsizliyini nəzərə alaraq, biz Belarusla sərhədi, o cümlədən dəmir yolu sərhəd-keçid məntəqəsini, 'Qərb-2025' təlimləri ilə əlaqədar olaraq cümə axşamından cümə gününə keçən gecə bağlayacağıq", – deyə Tusk bildirib.

Məryəm Quliyeva