ABŞ Patriot raketləri istehsalına başlayıb: 2000 raket sifariş edilib Dünya

ABŞ Patriot raketləri istehsalına başlayıb: 2000 raket sifariş edilib

ABŞ ordusu Lockheed Martin müdafiə şirkətindən Patriot Hava Hücumundan Müdafiə Sistemləri (PAC-3 MSE) üçün təxminən 2000 raket sifariş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə The National Interest jurnalı məlumat yayıb.

“ABŞ ordusu Patriot raketləri almağa aktiv şəkildə davam edir… Təxminən 2000 PAC-3 MSE raketinin alışı ilə ABŞ ordusu gələcəkdə fəaliyyət göstərəcəyi hər yerdə etibarlı hava hücumundan müdafiə sistemi təmin etməyə çalışır”, – məlumatda deyilir.

PAC-3 MSE (Patriot Advanced Capability-3 Missile Segment Enhancement) – ABŞ-ın yenilənmiş raketidir və balistik, qanadlı raketlər və digər hava hədəflərini ələ keçirmək üçün nəzərdə tutulub.

Lockheed Martin şirkəti bu müqaviləni 9,8 milyard dollar dəyərində əldə edib. The National Interest nəşri bu müqaviləni “son dövrlərin ən böyük müqavilələrindən biri” olaraq qiymətləndirir.

Bu fondda, Financial Times qəzeti Ukraynanın ABŞ-dan gələn hava hücumundan müdafiə sistemlərinin tədarükünün ləngiməsi ilə əlaqədar olaraq PUA sistemlərinin çatışmazlığı ilə üzləşəcəyini bildirir.

Məryəm Quliyeva