14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
30 Sentyabr 21:45
9 114
Sentyabrın 30-da Arpaçay İdman Birliyinin İdarə Heyətinin növbəti iclası baş tutub. İclası Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov açıq elan edərək bütün qonaqları salamlayıb.
Daha sonra çıxış edən Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun rəhbərliyi altında birliyin 2025-ci ildə gördüyü işlərdən danışıb, gələcək planları açıqlayıb.
Tədbirdə Arpaçay İdman Birliyinin tərkibində fəaliyyət göstərən Zeyd Döyüş Mərkəzinin yeni prezidenti Emin Əliyev, 1-ci vitse-prezident Tural İsayev, 2-ci vitse- prezident İbrahim Məmmədov və müşavir Rövşən Qənbərov təyin edilib.
Emin Əliyev göstərilən etimada görə təşəkkürünü bildirib görüləcək işlərdən danışıb. Bildirilib ki, bu ilin dekabr ayında Zeyd Döyüş Mərkəzinin MMA idman növü üzrə turniri keçiriləcək. Daha sonra "Budokan" şərq əlbəyaxa idman mərkəzinin direktor müavini Rafael Məmmədov və Birliyin Ağdaş rayon filalının rəhbəri Kamran Rəsulov göstərilən diqqət üçün rəhbərliyə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Xəzər İsayev, Allahverdi Rüstəmov, Tofiq Musayev,Hacı Əliyev,Nicat Şıxəlizadə və digərləri Arpaçay İdman Birliyinin gördüyü işlərdən danışaraq, gələcək fəaliyyətində uğurlar arzulayıblar.



