“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
1 Oktyabr 2025 17:14
2 429
AFFA prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında Qırğızıstan yığması üzərində 4:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Xalqcebhesi.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, milli assosiasiyanın rəhbəri bu uğurla bağlı paylaşım edib.
"Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında ikinci qarşılaşmasına çıxıb. Komandamız Qırğızıstan millisi üzərində 4:0 hesablı qələbə qazanaraq, turnirin finalına vəsiqə əldə edib. Bu möhtəşəm qalibiyyət münasibətilə futbolçularımızı və məşqçi heyətini təbrik edir, final görüşündə komandamıza uğurlar arzulayıram", - R.Nəcəf vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək final oyununda Azərbaycan və Rusiyanın U-16 milliləri qarşılaşacaqlar.
30 Dekabr 2025 15:19
1 414
30 Dekabr 2025 11:47
1 456
30 Dekabr 2025 11:47
1 435