Ərdoğan NATO Baş katibi ilə görüşüb Dünya

Ərdoğan NATO Baş katibi ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Ankarada NATO liderlərinin sammiti ərəfəsində keçirilib.

Qeyd edək ki, Mark Rutte bu gün Ankarada mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin NATO-da lider rolunu gücləndirdiyini deyib. Rutte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. O bildirib ki, Türkiyə son illərdə bu sahədə sürətli inkişaf yolu keçib və hazırda təxminən 3 min şirkət NATO qüvvələrinin ehtiyac duyduğu hərbi texnika və avadanlıqlar istehsal edir.