Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
21:42
553
FIFA Belçika Futbol Federasiyasının ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı etdiyi apellyasiya şikayətini təmin etməyib.
Qurum qırmızı vərəqə səbəbindən verilən 1 oyunluq cəzanın şərti olaraq təxirə salınmasına dair qərarı qüvvədə saxlayıb.
Bununla da Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı keçiriləcək oyunda meydana çıxmaq hüququ əldə edib.
Qeyd edək ki, Belçika Futbol Federasiyası FIFA-nın qərarının turnirin intizam qaydalarına zidd olduğunu bildirərək apellyasiya şikayəti vermişdi.
Federasiya qırmızı vərəqə alan futbolçunun növbəti oyunu avtomatik buraxmalı olduğunu əsas gətirmişdi. Lakin FIFA bu etirazı qəbul etməyib.