Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
31 Yanvar 2022 09:07
7 602
Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turniri başa çatıb.
Yarışın son günündə iki cüdoçumuz mübarizə aparıb. Belə ki, 100 kiloqram çəki dərəcəsində yarışa qatılan Adil Kərimli ilk qarşılaşmada israilli Stanislav Bançuka qalib gəlsə də, dörddəbir finalda xorvatiyalı Marko Kumriçə uduzub. Təsəlliverici görüşdə braziliyalı Rafael Buzacarini məğlub edən cüdoçumuz bürünc medal görüşündə ABŞ təmsilçisi L.A.Smitin öhdəsindən gələ bilməyib və medal şansını əldən verib.
Digər idmançımız – 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri səkkizdəbir finalda konqolu Klemen Musumadiyə qalib gəlsə də, növbəti mərhələdə Yaponiya təmsilçisi Yuta Nakamuraya, təsəlliverici görüşdə isə seneqallı Mbaqnik Ndiayeyə məğlub olub.
Xatırladaq ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Beləliklə, komandamız yarışı bir gümüş medalla başa vurub.
Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 4 cüdoçu ilə qatılıb.