PKK terroru davam edir Dünya

PKK terroru davam edir

Terror təşkilata silah verən ölkənin adı məlum oldu

Cavid

Türkiyə mediasının məlumatına görə, Ərzurum şəhərinin Şənkaya qəsəbəsində terrorçular kəndə basqın ediblər. Silahlı hücum nəticəsində kənd qorucusu ağır yaralanıb. Xəstəxanaya çatdırılan kənd qorucusunun həyatını xilas etmək mümkün olmayıb.
PKK silahlıları dünən gecə saatlarında Bitlis şəhərində hərbi hissəyə və polis bölməsinə hücum edib. Silahlı atışma zamanı 1 əsgər ağır yaralanıb.
Dünən yayılan məlumatların birində isə deyilir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) başlatdığı əməliyyatlardan sonra böyük itkilər verən PKK terror təşkilatında qorxu havası yaranıb.
Son 3 həftədə 150-yə yaxın qırıcı ilə həyata keçirilən əməliyyatlar zamanı 400 terrorçu zərərsizləşdirilib, 200-ü ağır olmaqla 400 terrorçu yaralanıb. Əməliyyatlardan sonra terror təşkilatının üzvləri can qorxusu ilə təşvişə düşməyə başlayıblar.
PKK idarə heyətində yaşanan "qorxu havası" isə kəşfiyyat hesabatları ilə sübuta yetirilib. Hərbi hava donanmasının həyata keçirdiyi əməliyyatlarda bir çox komandirini itirən PKK-nın əsas adamlarından olan Murat Karayılan İrana, Cemil Bayık isə Suriyaya qaçıb.
Kəşfiyyat əməkdaşları həmçinin terror təşkilatında bəzi qadağaların qoyulduğunu da müəyyən edib. Belə ki, terrorçulara radiostansiyadan istifadə etmək, istifadə zərurəti yaranarsa itkilər barədə danışmaq qadağan olunub.
İyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölmüş, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Almaniyanın "Der Spiegel" jurnalı isə sensasion iddia ilə çıxış edib: "İŞİD-ə qarşı döyüşmək üçün göndərilən Almaniya silahları PKK terror təşkilatının əlinə keçib".
Bu iddia ilə Almaniyanın "Der Spiegel" jurnalı çıxış edib. Jurnalın iddiasına görə, PKK-nın Türkiyə ordusuna son hücumları bunu bir daha sübut edir.
Peşmərgə qüvvələrinə göndərilən amma PKK-nın əlinə keçdiyi ehtimal edilən silahlar Almaniya istehsalı tank əleyninə raket "MILAN" və yüksək izləmə qabiliyyətinə malik"DM51A1" model əl qumbaralardır.
Alman silahlarının PKK-nın əlinə keçməsi ilə bağlı iddialar müzakirə olunduğu bir vaxtda Türkiyənin Adana şəhərində zibilliklərdən istifadə olunmuş Almaniya istehsalı "MILAN"raketinin qalıqları polis tərəfindən aşkar edilib. Almaniya və Fransanın birgə istehsalı olan "MILAN" raketi 1970 ci ildə müasir tank əleyninə hücumlarda istifadə üçün moderinləşdirilib. Raket uzaqdan idarə olunur və 2000 metr uzaqlıqda uçan helikopteridə vura bilir.
PKK-nı bilavasitə silahlandırdığı iddia edilən Almaniya Türkiyə-PKK münaqişəsində vasitəçi olmaq istədiyini bildirmişdi.
Bu istəklə Almaniyanın xarici işlər naziri Frank Valter Ştayn-Mayer özünün xüsusi nümayəndəsi Andreas Mixaelisi danışıqlar aparmaq üçün Ankaraya rəsmi səfərə göndərib. Səfər çərçivəsində Almaniya təmsilçisinin Türkiyənin bir çox rəsmiləri ilə, həmçinin xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə də görüşüb.
Almaniyalı diplomatın qarşısına türk-kürd probleminin həllində sülh variantlarının axtarışı ilə bağlı mühüm tapşırıqların qoyulduğu deyilir.