111 gündə Rusiyanın itkiləri açıqlanıb Dünya

111 gündə Rusiyanın itkiləri açıqlanıb

Ukrayna müharibənin 111-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib ki, Rusiya indiyə qədər 32 500 hərbçi, 1434 ədəd tank, 3503 ədəd zirehli döyüş maşını, 721 ədəd artilleriya sistemi, 229 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarə, 179 ədəd helikopter, 2473 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 588 ədəd PUA, 54 ədəd xüsusi texnika, 125 qanadlı raket itirib.
Cavid