Kipr ABŞ-ın qərarından narahatdır Dünya

Kipr ABŞ-ın qərarından narahatdır

Kiprin maliyyə naziri Konstantinos Petridis ABŞ-ın Kipr bayrağı altında üzən gəmilərə Rusiya neftini daşımasını qadağan etmək istəyindən narahatlığını ifadə edib. Bu barədə Bloomberg
mənbələrə istinadən məlumat yayıb.

ABŞ-ın maliyyə naziri Janet Yellen bazar ertəsi kiprli həmkarı ilə danışıb. Tərəflər Rusiya nefti üçün qiymət həddi müəyyən edilməsi, eləcə də qlobal iqtisadiyyat üçün yan təsirlərin yumşaldılması imkanlarını müzakirə ediblər. Mənbələrin bildirdiyinə görə, ABŞ Kiprdən Kipr bayrağı altında üzən gəmilərə Rusiya neftinin üçüncü ölkələrə daşınmasını qadağan etməyə çalışır. Lakin Petrides belə bir addımdan narahatlığını ifadə edərək, bir çox başqa ölkələrin Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyini qeyd edib.
Avropa İttifaqı və ABŞ-ın Rusiya neftinin alınmasına tətbiq etdiyi embarqo qiymətlərin kəskin artmasına səbəb oldu və bu, Rusiya Federasiyasına böyük həcmdə xammalı digər bazarlara, ilk növbədə Asiyaya - Hindistan və Çinə yönləndirməyə imkan verdi. Bu səbəbdən, hətta daha kiçik həcmdə nefti yüksək qiymətə satmaqla belə, Rusiya Qərbin sanksiyaları nəticəsində gəlirlərini artırıb, Aİ və ABŞ isə inflyasiya şəklində yayılma effekti də daxil olmaqla, itkilərə məruz qalır.
Cavid