Sunak və Bayden İndoneziyada keçiriləcək G20 sammitində görüşmək barədə razılığa gəliblər Dünya

Sunak və Bayden İndoneziyada keçiriləcək G20 sammitində görüşmək barədə razılığa gəliblər

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak və ABŞ Prezidenti Co Bayden arasında çərşənbə axşamı telefon danışığı baş tutub.

Bu barədə Böyük Britaniyanın yeni Baş nazirinin mətbuat xidmətindən bildirilib.

"Liderlər həm ikitərəfli, həm də AUKUS paktının sabitliyin qurulmasına və Çinin təsirinə qarşı mübarizəyə kömək etdiyi Hind-Sakit okeanı kimi regionlarda Böyük Britaniya-ABŞ əməkdaşlığını müzakirə ediblər", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, R.Sunak və C.Bayden "Ukrayna xalqını dəstəkləməkdə ölkələrinin aparıcı rolundan da danışıblar".

"Liderlər İndoneziyada keçiriləcək G20 sammitində görüşməyi səbirsizliklə gözləyirlər", - deyə açıqlamada bildirilir.