Dünyada müsəlmanların sayı artır Dünya

Dünyada müsəlmanların sayı artır

Demoqrafik dəyişikliklər göstərir ki, 2070-ci illərdə İslam dünyanın birinci dininə çevriləcək

Cavid

"Slate" yazır ki, "21-ci əsr dini əsr olacaq və ya belə olmayacaq" kimi Andre Malronun məşhur formulu müasir dinlərin təsdiqi baxımından bir rezonans yaratdı. Öndə gedən müasirlik onların süqutunu təsəvvür edirdi, ancaq onlar daha da yayılır. Əsrin ortalarında müsəlmanların sayı xristianların sayına çatacaq və bir qədər sonra onları ötəcək. Dünya əhalisinin artması ilə bağlı demoqrafik planlaşdırmalara inanclı insanların artması ilə əlaqədar olan planlaşdırma da əlavə olunur. Demək olmaz ki, dindar əhalinin tutumunun hesaba alınması inanclı və hər hansı bir adətə inanan əhalinin tutumunu dəqiq təsvir edir. Bəzi doqmaların süqutunun əvəzinə dinilik inkişaf edir. Məzhəblərin geopolitikası tezliklə İslamın dünyada daha çox yayılacağını və Fransada əsas yer tutacağını proqnozlaşdırır. Dini statistikalar çox vaxt qeyri-real şəkildə yüksəlir. Bəzilərinin xəyal gücü digərlərinin rədd etməsinə cavab verir. Bir tərəfdə dini-etnik əvəzləmələr, digər tərəfdə isə birgə yaşamaq. Dini planlamaya dair məntiqli bir ideya qurmaq üçün müəyyən verilənlər mövcuddur. Futuribl jurnalı hesab edir ki, dünyada dinlərin inkişaf həddi onların transformasiyası ilə bağlıdır. Bir neçə araşdırma mərkəzləri arasından Pew Research Center bu analizi öz öhdəsinə götürür. Onlar sonuncu baharda ciddi bir araşdırma apardılar. Bu araşdırma dünyada miqrant məsələləri, dinlərin ölməsi, artımı və onların transformasiyası ilə bağlı idi. Dinlərin transformasiyası əsasən dünyada baş verən texniki inkişafla bağlıdır ki, bu da insanların bir dini digərinə dəyişməsinə gətirib çıxarır. Onlar belə hesab edir ki, müəyyən dinə aid olma prosesinin irsiliyi məsələsini aradan qaldırmaqda fayda var. Bütün bu dəyişiklikləri nəzərə alaraq belə bir sual qoymaq olar: 2050-ci ildə dünyada dinlər necə paylanacaq? Xristianlar yenə də çoxluq təşkil edəcək. İslam isə digər böyük dinlərə nisbətən daha çox yayılacaq. Fərziyəyə əsasən bu dövrdə müsəlmanların sayı 75 faiz (1,2 milyard), xristianlar 34 faiz (750 milyon) və hinduların sayı isə 34 faiz arta bilər. Bu dövrdə müsəlmanların sayı (2,8 milyard, dünya əhalisinin 30 faizi) təxminən xristianların sayına (2,9 milyard, 31 faiz) yaxınlaşacaq. Proqnozlara inansaq 2070-ci ildə müsəlmanların sayı xristianların sayını ötüb keçəcək. Geopolitik cəhətdən xristianlıq və İslamın episentri dəyişəcək. Hİndistanda hinduizm üstünlük təşkil edəcək, ancaq burada müsəlman əhalinin sayının çoxluğuna görə İndoneziya və Pakistandan sonrakı yeri tutacaq. Avropada müsəlmanlar ümumi əhalinin 10 faizini təşkil edəcək. Afrikada Saxaradan cənubda 40 faiz xristian yaşayacaq. Buddistlər 500 milyon say ilə Asiyada aparıcı olacaq. Əlavə dinlərə gəldikdə isə (Afrikada yerli dinlər, aborogenlərin dinləri və s.) onlar ikinci dərəcəli olaraq qalacaq. Xristianlıq və İslam dininin kəsişməsi, onların trayektoriyası bir-birini arxada qoyacaq şəkildə olmayacaq. Hazırki nəticələrə görə dünyada orta hesabla hər qadına 2,5 uşaq düşür. Bu rəqəm buddistlər üçün 1,6, müsəlmanlar üçün 3,1, xristianlar üçün 2,7, hindular üçün 2,4 və 1,7 isə heç bir dinə aid olmayanlar üçün təşkil edəcək. Sonuncular – ateistlər, aqnostiklər və dini idantifikasiyası olmayanların sayı azalacaq (16 faizdən 13 faizə ). Ancaq bəzi nadir ölkələrdə isə heç bir dinə aid olmayan insanların sayının artımı müşahidə olunacaq. Bunlara ABŞ və Fransa aiddir. İnanclı dünyada inancsız fransızların sayı artacaq. Əsrin üçüncü yarısında isə planetimizdə müsəlman əhali üstünlük təşkil edəcək. Bütün bu sadalanan rəqəmlər sadəcə bir fərziyədir və günümüzdəki tendensiyalar nəzərə alınaraq təqdim olunub. Bu o demək deyil ki, gələcəkdə dinlər sırf bu yöndə dəyişikliyə məruz qalacaq. Təbii ki, dinlər də hər şey kimi inkişaf edir, ya zamanla əhəmiyyəti azalır, ya da əksinə artır. Fransa üçün bu tendensiya açıq-aydın ortadadır. Le Pew İnse, İned və İfop araşdırma orqanlarının işlərinə istinad edərək bu proqnozu verib. Bu mənbələrə görə Fransada 2010-cu ildə xristianlar 40 milyon idisə, baxmayaraq ki, 2050-ci ildə ölkənin əhalisi 6 milyon artacaq, bu rəqəm 30 milyon olacaq. Hazırda Fransada yaşayan müsəlmanların sayının 4,5 milyon nəfər olduğu bildirilsə də bu rəqəm nəzərdə tutulan dövrdə 7,5 milyon olacaq. Həmin dövrdə buddistlər, hindular artacaq. Müsəlmanların sayı 60 faiz artacaqsa, heç bir dinə aid olmayan insanların sayı isə 18 milyondan 31 milyona çatacaq, bu da 72 faiz artım deməkdir. Burada önəmli olan rəqəmlər yox, hansı dinə mənsub insanların sayının hansı qaydada artması və ya azalmasıdır.