Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycanın strateji valyuta ehtiyatları 91 mlrd. dollara yaxınlaşıb
Prezident Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpa işləri ilə tanış olub
Ötən ay 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib, xəbərdarlıq olunub
2 Dekabr 2022 08:32
3 605
Yaponiya, Böyük Britaniya və İtaliyanın hakimiyyət orqanları yeni nəsil qırıcının birgə hazırlanmasına dair razılaşmanı gələn həftə elan edə bilər.
Bu barədə cümə günü mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata əsasən, beləliklə, Yaponiya ilk dəfə olaraq ABŞ-ı cəlb etmədən böyük bir müdafiə layihəsi ilə məşğul olacaq. Öz növbəsində Böyük Britaniya tərəfinin qırıcının hazırlanmasında iştirakı Londonun Asiya regionunda əhəmiyyətini artıra bilər.
Qeyd edilir ki, layihədə aparıcı rol Yaponiyanın "Mitsubishi Heavy Industries" və Böyük Britaniyanın "BAE Systems" şirkətlərinə həvalə olunacaq.