Rusiya ilə ABŞ arasında növbəti qalmaqal Dünya

Rusiya ilə ABŞ arasında növbəti qalmaqal

Ötən həftənin sonunda Rusiya və ABŞ arasında növbəti diplomatik qalmaqal yaşanıb. ABŞ Dövlət Departamenti Rusiyanın bu ölkədəki 5 konsulluğunun akreditasiyasını ləğv edib. Buna səbəb kimi isə Kreml rəhbərliyinin Rusiyadakı amerikalı diplomatların işinə maneəçilik törətməsi göstərilib. Bundan başqa, Rusiyadakı Amerika Mədəniyyət Mərkəzi də qapadılıb. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın konsulluqların akkreditasiyasını ləğv etməsini "tənqidə dözümsüzlük" kimi qiymətləndirib. Rusiyanın Puerto-Rikodakı keçmiş səfiri Anastasiya Kitsulun sözlərinə görə, konsulluq missiyası siyasi deyil, humanitar məqsəd daşıyır.
Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Yuri Melnik deyib ki, bununla bağlı səfirlik rəsmi xəbərdarlıq alıb: "Rəsmi xəbərdarlıqda qeyd edilib ki, Rusiyanın ABŞ-dakı 6 konsulluğundan 5-i qapadılacaq. Rusiya Federasiyası konsulluqların bağlanmasını "dostluqdan kənar və iki ölkə münasibətlərinə zərbə vuracaq addım kimi qiymətləndirib" və rəsmi Moskva cavab tədbirlərinin görülməsi məsələsini diqqətdə saxlayacaq". Departamentin bu qərarına Rusiya Xarici İşlər Nazirliyi də sərt reaksiya verib. Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Dövlət Departamentinin Rusiyanın Kaliforniya, Yuta, Minnesota, Florida və Puerto-Rikodakı konsulluqlarını bağlaması xəbəri həqiqətə uyğundur: "Rusiyanın yalnız Kolorado ştatında konsulluğu fəaliyyət göstərir. Departament tərəfindən atılan bu addım əsaslandırıla bilməz". Humanitar missiya Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Yuri Melnik konsulluğun siyasətə aidiyyatından danışıb: "Konsulluq sistemi daha çox humanitar missiya daşıyır. Bunun siyasi məsələlərlə əlaqəsi yoxdur. Konsulluq Rusiya ilə maraqlanan bütün amerikalılara və Amerikada yaşayan ruslara yardım göstərib. Fəxri konsulun Rusiya vətəndaşı olması vacib deyil. Adətən fəxri konsul həmin və ya üçüncü ölkədə yaşayn şəxslərdən təyin olunur. Fərxi konsulun əsas vəzifəsi xarici ölkələrdə yaşayn rusların hüquqlarını müdafiə etməkdir".