ABŞ Nümayəndələr Palatası Pentaqona 1,15 trilyon dollar ayrılmasını təsdiqləyib Dünya

ABŞ Nümayəndələr Palatası Pentaqona 1,15 trilyon dollar ayrılmasını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci ildə ABŞ-nin hərbi ehtiyaclarına 1,15 trilyon dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, qanunverici orqanın aşağı palatasındakı səsvermə "C-SPAN" telekanalı vasitəsilə canlı yayımlanıb.

Sənədin lehinə Nümayəndələr Palatasının 216 üzvü səs verib, 212 qanunverici isə əleyhinə çıxış edib. Indi qanun layihəsi ABŞ Konqresinin Senatına baxılmaq üçün təqdim olunacaq və qanunverici orqanın yuxarı palatasında bəyəniləcəyi təqdirdə imzalamaq üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək. Lakin "Politico" qəzetinin qeyd etdiyi kimi, hazırda Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar qanun layihəsinin Senatda baxılması zamanı çətinliklərlə üzləşəcəklər, çünki orada sənədin bəyənilməsi üçün ən azı 60 qanunvericinin dəstəyi tələb olunur. İyul ayının əvvəlində yuxarı palata Senatda hazırlanmış oxşar sənədi rədd etmişdi.

Bununla yanaşı, Nümayəndələr Palatası 95 milyard dollar məbləğində vəsaitin ayrılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü də bəyənib. Bu vəsaitin 73 milyard dollarının İrana qarşı hərbi əməliyyatın maliyyələşdirilməsinə yönəldilməsi təklif olunur. Bu sənəd də Konqresin yuxarı palatasının müzakirəsinə veriləcək.

Məryəm Quliyeva