

İnquşetiya və Şimali Osetiya arasında yol polisi postuna hücum zamanı iki polis yaralanıb.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Şimali Osetiya üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“27 mart 2023-cü il tarixində saat 23:25 radələrində naməlum şəxslər naməlum odlu silahdan istifadə edərək Şimali Osetiya - Alaniya ərazisində Nazran - Kantışevo və Malqobek - Mayskoye avtomobil yollarının kəsişməsində yerləşən polis postuna hücum ediblər. Nəticədə iki polis əməkdaşı müxtəlif dərəcəli güllə yaraları alıb və xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.
Cavid