16 illik fasilədən sonra İsraildən Türkiyəyə uçuşlar bərpa edilib Dünya

16 illik fasilədən sonra İsraildən Türkiyəyə uçuşlar bərpa edilib

İsrailin “El Al” Qrupunun törəmə şirkəti olan “Sun d'Or Airlines” Türkiyəyə uçuşların bərpa olunduğunu açıqlayıb. Xalqcəbhəsi.az Türkiyə mediasına istinadən xəbər verir ki, bazar, Bazar ertəsi, Cümə axşamı və Cümə günləri İstanbula həftədə 4 uçuş həyata keçirəcək Sun d'Or-un ilk uçuşu 30 Mart Cümə axşamı günü reallaşıb.
“Sun d'Or Airlines”in rəsmisi Gal Gerşon verdiyi açıqlamada, "bu gün 16 illik fasilədən sonra İstanbulla bölgədə fəaliyyət göstərmədiyimiz xəttin açılışını edirik. Biz iki ölkə arasında əlaqələrin möhkəmlənməsini də alqışlayırıq. Biz əlaqələrimizi həm humanitar, həm də turizm baxımından inkişaf etdirməyə davam edəcəyik. İstanbul hər zaman israillilərin sevimli məkanı olub və biz gələcəkdə Türkiyənin əlavə kurortlarına uçuşlar açmağı planlaşdırırıq”.