Ərdoğanın and içmə mərasimi bu tarixlərdə ola bilər Dünya

Ərdoğanın and içmə mərasimi bu tarixlərdə ola bilər

Rəcəb Tayyib Ərdoğanın prezident andı üçün iki fərqli proqram layihəsi hazırlanıb.

Trend bu barədə Türkiyə KİV-nə isitnadən xəbər verir.

Qeyd edilib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra dövlətin yüksək səviyyəli kadrları və yeni kabinet eyni vaxtda formalaşacaq və işə başlayacaq.

"Deputatlar 2 iyun cümə günü Məclis Ümumi Yığıncağında and içəcək və Məclis sədrinin seçilməsi üçün 5 gün davam edəcək namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Ərdoğanın prezident andı üçün iki fərqli proqram layihəsi hazırlanıb. Ərdoğan ya iyunun 2-si cümə günü millət vəkilləri and içdikdən sonra Türkiyə Böyük Millət Məclisində prezident andını içəcək, ya da iyunun 6-da and içəcək və dərhal sonra yeni kabinetini açıqlayacaq", - deyə bildirilib.

Xatırladaq ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi.