.jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
“Rusiyadakı hərbi çevrilişə cəhdlə bağlı prosesin axarında ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında da telefon danışığı baş tutub. Deməli, vəziyyətin beynəlxalq konyunktura təsir dairəsi barədə ciddi siqnallar gəlibmiş”. Xalqcəbhəsi.az-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov deyib. A.Kərimov bildirib ki, Priqojin geri çəkilibsə, telefon diplomatiyasındakı tezislər burada əhəmiyyətli rol oynayıb: “Lakin hələ də aydınlaşmır ki, “Vaqner” rəhbəri Ərdoğanın Putinə dəstəyinin çalarlarından qorxdu, yoxsa ümumiyyətlə onun hərəkətləri müdafiə naziri Sergey Şoyqu ilə Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifədən uzaqlaşdırılması əməliyyatının tərkib hissəsi idi. İkinci versiyanı güclü hesab etsək, onda qeyd edə bilərik ki, Putinlə Priqojin anlaşıblar.
Onda demək mümkündür ki:
- Putinin əsas məqsədi saray daxilindəki rəqiblərini zərərsizləşdirmək aktını həyata keçirmək olub;
- Priqojinə Lukaşenko vasitəsilə daha geniş səlahiyyətlər vəd edilib.
Priqojin qüvvələrinə geri çəkilmək əmrini rus qanının tökülməməsi ilə əlaqələndirsə də, çox güman ki, “Vaqner” qrupunun rəhbəri şəxsən əhəmiyyətli güzəştlər alıb.
Ancaq Priqojinin Belarusa getmək istəyi onun qorxularını büruzə verir, yəni o düşünə bilər ki, Rusiyada qalsa, oyun qaydaları əl dəyişib onun məhvinə gətirib çıxarar.
Versiyalar müxtəlifdir, görünən isə budur ki, Putin “Vaqner”in irəliləyişinə qarşı təsirli və sürətli cavab vermək üçün mübarizəsini əsirgəmədi”.