İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Avqust 2023 12:51
2 800
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə müsahibəsində ABŞ-ın Ukraynanın Rusiya ərazisinə zərbələrinə qarşı olub-olmaması sualına cavab verməkdən imtina edib.
Kirbi Ukraynanın pilotsuz təyyarələrin Moskvaya hücumu ilə bağlı sualı cavablandırıb: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, biz bu zərbələri təşviq etmirik”.
"Biz ukraynalılarla Rusiya daxilində zərbələrlə bağlı narahatlığımızı müzakirə etdik, onlar öz hədəflərinə və hərəkətlərinə cavabdehdirlər", - Kirbi davam edərək, ABŞ-ın "(Kiyev) əks-hücum üçün lazım olan hər şeylə təmin etməyə" fokuslandığını vurğulayıb.
Kirbinin fikrincə, söhbət Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirməyə “razı olub-olmamasından” gedir. "Onlar (Ukraynalılar) nəyi hədəfə alacaqlarına və hərbi imkanlarından necə istifadə edəcəklərinə özləri qərar verirlər. Biz qətiliklə Rusiya daxilində hücumları təşviq etmirik" - deyə o, yekunlaşdırıb.
Cavid