İstanbulda İŞİD-ə qarşı əməliyyat Dünya

İstanbulda İŞİD-ə qarşı əməliyyat

İstanbulun Fatih qəsəbəsində ötən gün axşam saatlarında 23 ünvanda İŞİD-ə qarşı əməliyyat keçirilib. Türkiyə mətbuatına istinadən xəbər veririk ki, İstanbul Terrorla Mübarizə İdarəsi və Kəşfiyyat şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 40 nəfər həbs olunub. Əməliyyatda Azərbaycan, İran, İraq və Əfqanıstan vətəndaşlarının olduğu bildirilir. Ünvanlarda aparılan axtarış zamanı çoxlu sayda təşkilati sənədlər də ələ keçirilib. Xatırladaq ki, ötən həftə də Hatay bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirilmişdi və Azərbaycan vətəndaşları da daxil olmaqla 10 nəfər tutulmuşdu.