Almaniyanın Rusiyadakı səfiri XİN-ə çağırıldı Dünya

Almaniyanın Rusiyadakı səfiri XİN-ə çağırıldı

Almaniya Federativ Respublikasının Moskvadakı səfiri Aleksander Lambsdorf martın 4-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, Almaniya kansleri Olaf Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etməyəcəyini bildirdiyi gün Almaniyanın yüksək vəzifəli rəsmiləri Krım körpüsünə hücum ehtimalını müzakirə ediblər.

Almaniya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı çağrıldığı qeyd olunub.