“30 min əsgərimizlə Türkiyəyə dəstək verməyə hazırıq” Dünya

“30 min əsgərimizlə Türkiyəyə dəstək verməyə hazırıq”

Suriya müxalifətində döyüşən vacib simalardan biri Əbu Həttab "Yeni Şafak" qəzetinə müsahibəsində bildirib ki, Türkiyə qarşıdakı günlərdə Tel Abyad, Mənbic və Raqqada əməliyyat keçirərsə, 30 min əsgərlə dəstək verməyə hazırdırlar.
O, xəbər verir ki, o, Türkiyə rəhbərliyi ilə bu şəhərlərin terrordan təmizlənə biləcəyini bildirib. 2011-ci ildə səhra komandiri Əbdülqadir Salih ilə birlikdə "Tövhid briqadası"nı quran Əbu Həttab nəzarəti altındakı "Əl-Səffa İslami" qruplaşması ilə İŞİD və PYD-ə qarşı döyüşür.
Həttab deyib ki, "Fərat Qalxanı" əməliyyatından sonra Suriyada yeni bir dövr başlayıb. Azez, Cərablus, Aktarin, və Dabiq zəfərlərindən sonra əl-Bab şəhəri də azad olunmuş ərazilərə daxil olacaq. Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra ilk hədəflərinin Tel Abyad, Mənbic, və Raqqa olacağını deyən Əbu Həttab bu iş üçün 30 min hərbçi təşkil edə, Suriyanı YPG-dən təmizləyə biləcəklərini deyib.
"Türkiyə rəhbərliyində başlayacaq yeni əməliyyatla Tel Abyad, Mənbic və Raqqanı 3 ay içində terrorçulardan təmizləyə bilərik. Bir neçə gün ərzində 30 min döyüşçü bu əməliyyat üçün hazır hala gətirilə bilər. Türkiyə Raqqa, Hasəkə və Deyr əz Zor kimi vilayətlərin aşirət liderləri ilə görüşərsə bu rəqəm 65-70 minə çata bilər. İŞİD və PYD-nin regiondakı varlığına son vermək üçün ehtiyacımız olan əsgər sayı maksimum 30 min nəfərdir. Ancaq bu müharibə PYD və İŞİD-dən ibarət deyil. Toplanan qüvvə Əsədə qarşı yenidən hücuma keçməyimizi və iki terror təşkilatından sonra Hasəkə, Deyr əz Zor və Raqqa ətrafını Əsəd və müttəfiqi olan şiə terror qruplarından təmizləməyimizi təmin edəcək. Müxalif qruplar olaraq PYD ilə müharibəmiz qaçınılmazdır. Buna qəti olaraq inanırıq. Ancaq bu məsələ ABŞ-n maraqlarına uyğun deyil. Vaşinqtonun PYD-nin üzərində dayanması regionu böyük qeyri-müəyyənliyə və xaosa aparır" – Əbu Həttab belə deyib.
Suriyalı komandir deyib ki, Türkiyənin rəhbərliyində min əsgərlə azadlıq mübarizəsi aparırlar. O, Türkiyə ilə münasibətlərinin çox inkişaf etdiyini, sadəcə Türkiyənin dostluğuna güvəndiklərini bildirib.