Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək Dünya

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

Kanada hakimiyyəti növbəti beş il ərzində Ukraynanı 1,6 milyard Kanada dolları (1,16 milyard dollar) dəyərində öldürücü və qeyri-öldürücü silahlarla təmin etmək niyyətindədir.

Bu barədə növbəti maliyyə ili (1 apreldən başlayır) üçün Kanadanın federal büdcə layihəsində qeyd olunub.

"2024-cü il büdcəsində Ukraynaya öldürücü və qeyri-öldürücü hərbi yardım göstərmək üçün 2024-25-ci illərdən başlayaraq beş il ərzində Kanada Milli Müdafiə Nazirliyinə 1,6 milyard dollar ayrılması təklif edilir", - deyə sənəddə bildirilib.

Bundan əlavə, Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard dollar) məbləğində kredit vermək niyyətindədir.