Türkiyədən Aİ-yə cavab: Referendum Dünya

Türkiyədən Aİ-yə cavab: Referendum

Ankara Avropa İttifaqının təhdidinə təhdidlə cavab verdi

Türkiyə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün məsələni ümüumxalq səsverməsinə çıxaracaq.
Bu haqda prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq"-deyə o qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin Aİ-yə qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər.
O deyib ki, Aİ danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır.
"Əgər Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir" – o əlavə edib.