“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
Taleh Ziyadov: Orta Dəhliz regionda əməkdaşlığın əsas dayağıdır
İcraçı direktor: Almaniya biznesinin Azərbaycana marağı artır
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Ərdoğan Türkiyənin İsrail üçün təhlükə yaratmadığını bildirib
6 Avqust 2024 10:57
1 967
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sentyabrda Qırğızıstan ərazisində keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” hərbi təlimlərində iştirakdan imtina edib.
APA-nın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə KTMT-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hərbi manevrlərə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusdan olan hərbçilər qatılacaq.
Təlimlərdə yeni taktiki üsul və vasitələrdən, eləcə də müasir döyüş təcrübəsində istifadə olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan tərəfinin 14-16 avqust tarixlərində sözü gedən təşkilatın Rusiyada təşkil olunacaq “Kobalt-2024” hərbi təlimlərinə də qatılmayacağı açıqlanıb.