İsrail rəsmiləri ABŞ-ın yeni mövqeyindən narahatdır
18 Aprel 13:08
18 Aprel 13:08
18 Aprel 13:02
26 Sentyabr 2024 12:30
4 046
"Google" Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi bu məlumatı təsdiqləyib.
Nazirlik Rusiyadakı "Google" xidmətlərinin istifadəçilərinə məlumatlarının ehtiyat nüsxələrini yaratmağı tövsiyə edib.
Qeyd edək ki, Rusiya mobil operatorları ilə "Google" hesabları yaratmaq istəyərkən təsdiqləyici kod telefon nömrəyə gəlmir. Beləliklə, yeni hesab yaratmaq mümkün olmur.