İsraildə seçki: Netanyahunun "Likud" partiyası liderliyini saxlayır - YENİLƏNİR
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar - RƏY
Oman nümayəndəsi: Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir
Səbinə Hacıyeva: Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir
13 Noyabr 2024 21:21
3 080
Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əs-Səud arasında telefon danışığı baş tutub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
“Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı çətin vəziyyət müzakirə edilib, Rusiya və Səudiyyə Ərəbistanının Yaxın Şərq nizamlanması ilə bağlı prinsipial yanaşmalarının praktiki olaraq üst-üstə düşdüyü qeyd edilib”, - məlumatda bildirilib.
Bundan əlavə, Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Kazanda keçirilən uğurlu BRİKS sammiti kontekstində fikir mübadiləsi aparıb və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.