Müxalifətçilik institutu ilə bağlı yanlış stereotiplər - MÖVQE
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Bakı metrosunda qısamüddətli texniki xəta baş verib, qatarların hərəkətində yubanmalar yaranıb
İŞİD-in “Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib
20 Noyabr 2024 22:26
3 388
Rusiya ATACMS raketlərindən endirilən zərbələri dəf edə bilsə, Çin ABŞ hərbi texnologiyasının zəifliyini dərk edəcək.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “National İnterest” jurnalının müxbiri Brandon Veyçert deyib.
“Əgər Rusiya ATACMS-ın hücumunun qarşısını almağı bacarsa, digər dünya dövlətləri, xüsusən də Çin ABŞ hərbi texnologiyasının zəif olduğunu və onun öhdəsindən gəlməyin mümkünlüyünü başa düşəcək. ATACMS raketləri əvvəlcə ABŞ-ın Soyuq müharibənin qızışdığı vaxtlarda SSRİ ilə döyüşməsi üçün nəzərdə tutulub. Raketlərin məsafəsi təqribən 300 kilometr təşkil edir. Bu da Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrinin yerləşdiyi hədəfləri vurmaq üçün kifayət deyil”, – amerikalı jurnalist qeyd edib.