 
                
                
                
             
                
                
                
            Elxan Cəfərov: Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb
Zahid Oruc: “Real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir”
Kino Agentliyi son üç ildə 22 filmin çəkilişinə dəstək göstərib
Rusiyanın Sumı şəhərinə zərbələri nəticəsində 15 nəfər xəsarət alıb
Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edəcək
 13 Dekabr  2024 09:31
13 Dekabr  2024 09:31 2 464
2 464
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra atacağı addımları bir-bir açıqlayır. Onun doktrinasında əsas maddə Ukrayna müharibəsinin başa çatması olsa da, Avropada daha bir narahatlıq NATO ilə bağlıdır. Belə ki, Donald Tramp zaman-zaman ABŞ-ın NATO-nu tərk etməsinin mümkünlüyü ilə bağlı bəyanatlar verir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Trampın sözügedən bəyanatları bəlli məqsədə hesablanıb:
“Tramp ilk prezidentlik dönəmində Avropa İttifaqını ciddi şəkildə tənqid edərək bildirmişdi ki, onların NATO-ya maliyyə qatqıları yetərli deyil. Fransa Prezidenti E.Makronun “NATO beyin ölümü keçirib” ifadəsi və Avropa ordusunun qurulması ilə bağlı fikirləri Tramp tərəfindən sərt tənqid olunmuşdu. Tramp bildirmişdi ki, bu ölkələr üzvlük haqlarını maksimal şəkildə ödəməlidirlər. Bununla da Fransa başda olmaqla Avropanı təhdid etmişdi.
İndi geosiyasi durum tamamilə fərqlidir. Ukrayna savaşından sonra Avropa İttifaqı tamamilə ABŞ-ın boyunduruğu altına düşüb. Yəni ABŞ bilərəkdən Rusiyanı Avropa İttifaqına dəyənək kimi göstərir. Bununla da mesaj verir ki, ABŞ olmasa, Rusiya Avropanı məhv edər. Yəni Ukrayna savaşı fonunda Rusiyanı təhdid kimi göstərib, Avropa İttifaqının müstəqillik şanslarını sıfra endirir”.
Siyasi şərhçi bildirib ki, hazırda Trampın Avropa İttifaqını şantaj etmək və tələblərini tez qəbul etdirməsi üçün əlverişli şərait mövcuddur:
“Tramp bundan yararlanmağa çalışır. Avropa İttifaqını şantaj etməklə NATO-nun saxlanılması üçün tələb olunan maliyyənin əsas hissəsini ittifaqın üzərinə qoymağı hədəfləyir və hesab edirəm ki, buna nail olacaq.
İndiki məqamda ABŞ-ın NATO-dan çıxması Vaşinqtonun maraqlarına uyğun deyil. Çünki belə olan halda Avropa İttifaqının ABŞ-dan asılılığı azala və nəticədə ittifaq ölkələrinin Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində səyləri arta bilər. Bu isə geosiyasi aktor və bazar olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb edən Avropa İttifaqının Vaşinqtonun nəzarətindən çıxması ehtimallarını artıracaq. Ona görə də ABŞ üçün prioritet NATO-dan çıxmaq deyil, Avropa İttifaqının daha çox maliyyə dəstəyini əldə etməkdir. Bu belə də olacaq”.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    