Prezident Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpa işləri ilə tanış olub
Ötən ay 15 aparıcı televiziya kanalında 864 xarici söz işlədib, xəbərdarlıq olunub
İranda Laricani və "IRIS Dena" dənizçiləri ilə vida mərasimi keçirilir
İranın neft-qaz yataqları ABŞ və İsrailin zərbələrinə məruz qalıb
18 Dekabr 2024 10:26
3 003
Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstana səfər edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Alen Berse Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş Prezident Mixail Kavelaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində Alen Berse işğal xəttinə yaxın kəndə baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq.
Avropa Şurası Baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 21-də başa çatacaq.