“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
21 Yanvar 2025 21:43
2 611
Misir Prezidenti Əbdülfəttah Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Misir Prezident Administrasiyası məlumat yayıb.
“Danışıqlar zamanı tərəflər Misir və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi yollarını, xüsusən Süveyş kanalı sahillərində Rusiya sənaye zonası layihəsini, həmçinin “Əl-Dəbaa” AES-in tikintisini müzakirə ediblər”, - Misir prezidentinin rəsmi nümayəndəsi Məhəmməd əş-Şinavi sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib və bir sıra mövzulara, o cümlədən Qəzza zolağında atəşkəs razılaşmasına, Livan və Suriyadakı mövcud vəziyyətə toxunublar.
Əş-Şinavi bildirib ki, tərəflər həmçinin bir sıra məsələləri, o cümlədən Ukraynadakı münaqişə zonasında baş verən son hadisələri müzakirə ediblər.
8 Sentyabr 20:44
910
8 Sentyabr 17:13
1 113
8 Sentyabr 17:10
1 001