23 Aprel 16:54
3 Fevral 2025 12:45
2 373
Belarusda Ordunun döyüş hazırlığının yoxlanılması məqsədilə hərbi təlimlərə başlanılır.
APA BELTA-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi manevrlər çərçivəsində zərbə xarakterli pilotsuz aviasiya kompklekslərinin quru qoşunları ilə birlikdə döyüş tapşırıqlarını yerinə yetirmə qabiliyyəti, eləcə də radioelektron mübarizə vasitələrinin fəaliyyəti təftiş olunacaq.
Eyni zamanda müxtəlif tapşırıqlar vasitəsilə mexanikləşdirlmiş hərbi hissə və birləşmələrin, silah-sursat və hərbi texnikanın qarşıya qoyulan vəzifələrin icrasındakı bacarıq və səriştəsi də nəzərdən keçiriləcək.
Təlimlərə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko rəhbərlik edəcək.
23 Aprel 22:32
1 120
23 Aprel 22:03
1 169
23 Aprel 20:32
1 183