12:37
868
Tehran, ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə baxmayaraq, 12 avqustda Xəzər regionu ölkələrinin sammitinə ev sahibliyi etməyə ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Qazaxıstandakı səfiri Əli Əkbər Coukar bəyanat verib.
"Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda Xəzəryanı dövlətlərin yeddinci sammitini qəbul edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Günü (12 avqust) və eyni zamanda Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Tehranda Xəzəryanı dövlətlərin prezidentlərini qəbul etmək şərəfinə nail olacağıq", — deyə o, Astanada keçirilən Regional Ekoloji Sammitdə Xəzərin ekologiyası məsələlərinə həsr olunmuş sessiyada çıxışı zamanı bildirib.
Məryəm Quliyeva