"ABŞ-ın Hörmüzdə blokadası İranı çətin vəziyyətlə üzləşdirir" Dünya

"ABŞ-ın Hörmüzdə blokadası İranı çətin vəziyyətlə üzləşdirir"

ABŞ-nin İrana qarşı blokadası nəticəsini verəcək. Tehran nə qədər təkzib etsə də Vaşinqtonla dialoqdadır. ABŞ Hörmüzdə İrana qarşı tətbiq etdiyi blokada Tehranın iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir etməkdədir.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, İranda sistem daxilində fikir ayrılıqları inkişaf edir. Demək olar ki, SEPAH-la prezident administrasiyası ABŞ-la dialoq məsələsində fikir ayrılıqlarına malikdir:

"Qeyd edim ki, Ali dini rəhbər M.Xameneinin danışıqlara razılıq verilməsi barədə açıqlaması olmuşdu. Artıq SEPAH o açıqlamaya düzəliş edərək, Ali dini rəhbərin danışıqlara ehtiyac olmadığı bəyanatını verib.
ABŞ SEPAH-ı sarsıtmaq üçün iqtisadi blokadani inkişaf etdirəcək. İranın sosial və iqtisadi vəziyyəti ağırlaşdıqca, SEPAH daxilində parçalanmaya yol açması istisna deyil. İran sonunda ABŞ-la razılığa gələcək. İran çalışır ki, öz mövqeyini qoruyaraq danışıqlarda maksimum müsbət nəticələr əldə etsin. Amma, ABŞ SEPAH-ın güclü şəkildə hakimiyyətdə qalmasına imkan verməyəcək".

Cavid