Azərbaycan liderinin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB
İranda SEPAH-ın kəşfiyyat rəhbərinin həlak olduğu bildirilib
Araqçı İranın enerji infrastrukturuna hücumlara cavab veriləcəyinə söz verib
"Gürcü Arzusu"nun deputatı: Gürcüstan-Azərbaycan münasibətləri daha da möhkəmlənib
15 Fevral 2025 23:50
3 381
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı investorlarla mineral ehtiyatların işlənməsinə dair sazişi imzalamaqdan imtina etməsinin səbəbini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə danışan Ukrayna lideri sözügedən sazişin Ukraynanın maraqlarına cavab vermədiyini və ölkənin təhlükəsizliyi üçün kifayət etmədiyini bildirib.
Zelenski vurğulayıb ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər sazişi imzalamamaq barədə nazirlərə tapşırıq verib.
Qeyd edək ki, Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ rəsmiləri ona Ukraynanın mineral ehtiyatları ilə bağlı sənəd imzalamağı təklif ediblər. Sənədə əsasən ölkənin gələcək mineral ehtiyatlarının yarısı ABŞ-ın ixtiyarına keçəcəkdi, lakin Ukrayna lideri bundan imtina edib.