Trampın Türkiyəyə yanaşması yəhudiləri narahat etdi Dünya

Trampın Türkiyəyə yanaşması yəhudiləri narahat etdi

Tramp administrasiyası hazırda Türkiyəyə F-35-lərin satışı ilə bağlı razılaşma üzərində işləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikada Yəhudi Milli Təhlükəsizlik İnstitutunun (JINSA) dərc etdiyi hesabatda deyilir.

ABŞ-ın hazırkı administrasiyasının Türkiyəyə qırıcı təyyarələrin verilməsinə müsbət yanaşdığı qeyd edilən hesabatda Prezident Trampa F-35-lərin Ankaraya verilməsindən imtina etmək çağırışı edilib.

Qeyd olunub ki, ABŞ belə bir addım atmazdan əvvəl Türkiyəni regional güc kimi qəbul etməli və sonra Türkiyənin bu qırıcıları əldə etmək baxımından etibarlı olub-olmadığını anlamalıdır:

“Biz bunun inandırıcı olmadığını düşünürük. Türkiyə və ABŞ-ın maraqları dəfələrlə bir-biri ilə ziddiyyət təşkil edib”.