Ərdoğan Baxçalını evində ziyarət etdi Dünya

Ərdoğan Baxçalını evində ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıya baş çəkib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat yayıb.

Görüş Dövlət Baxçalının Ankaradakı evində baş tutub. Baxçalı Prezident Ərdoğanı evinin qarşısında şəxsən qarşılayıb. Birlikdə media nümayəndələri üçün şəkil çəkdirdikdən sonra onlar içəri giriblər.

Görüşdən əvvəl Baxçalı evinin qarşısında gözləyən jurnalistlər və əraziyə nəzarət edən polis əməkdaşları ilə də söhbət edib və onlarla xatirə fotosu çəkdirib.