
Türkiyənin Ukraynaya qoşun yeritməyə hazır olduğu açıqlanıb
23 Avqust 19:42
23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Trampın Səudiyyə Ərəbistanına səfəri bir neçə məqsədlə bağlıdır. İlk növbədə Ərəb dünyası ilə münasibətləri tənzimləmək, çünki Səudiyyə Ərəbistanı ABŞ-nin əzəli və etibarlı müttəfiqi sayılsa da münasibətlərində soyuqluq var”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
T.Abbasov əlavə edib ki, çünki ABŞ Səudiyyə Ərəbistanından öz asılılığını bir qədər azaldır, öz neft ehtiyatlarını artıq işə salıb və ona görə də faktiki olaraq gözləntilərini pereformat etmiş olur: “Amma məsələ burasındadır ki, bölgə öz aktuallığını ABŞ siyasəti, esteblişmenti üçün saxladığından, əlbəttə, orada diplomatik fəallıq mütləq lazımdır. Xüsusilə də indi biz görürük ki, Yaxın Şərqdə vəziyyət bir o qədər də ümidverici deyil. Yəni İsrail rəhbərliyi qırmızı xətlər ətrafında dolaşır və onları keçməyə də hazırlaşır. Amma bu, ABŞ-ni müəyyən mənada qorxudur. Çünki faktiki olaraq ABŞ-nin baxışı ondan ibarətdir ki, İsrail gərək həddən artıq fəal olmasın, digər tərəfdən də o güc amilini bir qədər yumşaltsın. Çünki bu, ABŞ-yə, xüsusilə də Trampa, onun siyasətinə lazımdır”.
Politoloq qeyd edib ki, bu səfər əsnasında Tramp hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşə bilər: “Çünki mayın 15-də Rusiya ilə Ukrayna danışıqları Türkiyədə keçirilərsə, əlbəttə ki, Ərdoğanın şəxsi münasibətləri məsələləri çox vacibdir. Tramp indi çox ciddi şəkildə bu məsələyə köklənib ki, maksimal dərəcədə buradan dividend götürsün və öz ölkəsi üçün imtiyazlı vəziyyət yaratsın. Çünki ABŞ ilə Ukrayna arasında resurs razılaşması əldə olunub. Ona görə də orada fəaliyyət göstərəcək ABŞ şirkətlərinə lazımdır ki, Ukraynada sabitlik olsun. Bu prosesdə Tramp həm də Türkiyə Prezidentinə ümidlidir. Bu səfərlə bağlı Tramp həqiqətən də çox ciddi hazırlıq işləri görür ki, oradan maksimal dərəcədə uğurla qayıtsın və bu isə başa düşüləndir”.
Röya İsrafilova