Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Prezident Xalq rəssamı Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib
Deputat: Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir
11:56
504
“Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və şərəfli günlərini yaşayır. Artıq qalib Azərbaycan xalqı öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini deyil, işğaldan azad edilməsi günlərini böyük qürur hissi ilə qeyd edir”.
Xalq Cəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, 2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib.Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdü. O gün Ermənistan tərəfindən işğal edilən ərazilərimizdəki dədə-baba yurdlarını, isti ocaqlarını tərk etmək məcburiyyətində qalan qubadlılıların məcburi köçkün həyatı başladı.
Nəhayət, 25 oktyabr Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı.
Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı böyük işlər həyata keçirilir. Qubadlıda ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.
Əminik ki, işğaldan azad olunan rayonlarımız qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq.
Sonda onu da qeyd edək ki, bu gün dünyada təxminən 100-ə yaxın münaqişə və müharibə var. Azərbaycan yeganə dövlətdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını azad edib.
Bu gün isə xalqımızın qarşısında çox mühüm vəzifələr durur. Hərb meydanında müharibə bitsə də, beyinlərdə və düşüncələrdə müharibə, manipulyasiya cəhdləri açıq müşahidə olunur. Son proseslər bunu bir daha göstərdi. Heç şübhəsiz ki, bu məsələdə cəmiyyətimizin hər bir üzvünün üzərinə ciddi vəzifə düşür. İnsanlarımız hər zaman ayıq-sayıq olmalıdırlar”.
Günel Elxan