Makron etirazçılarla görüşəcək Dünya

Makron etirazçılarla görüşəcək

Fransa Prezidenti Emmanuel Makron cümə günü, 23 oktyabrda yeni etirazlar ərəfəsində yuxarı sinif şagirdləri hərəkatının və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Bu, Fransada bir aydan çoxdur davam edən kütləvi etirazlar başlayandan bəri Makronun məktəblilərin nümayəndələri ilə ilk görüşüdür. Prezident, həmçinin şənbə gününə planlaşdırılan nümayişlərə hazırlıq məqsədilə Müdafiə Şurasının iclasını keçirəcək.

Baş nazir Sebastyen Lekornyu cümə günü etirazçıların 17 oktyabrda şəhər şurasının binasını yandırdığı Limoj şəhərinə səfər edəcək. Yanğının təfərrüatları araşdırılır.

Etirazlar yuxarı sinif şagirdlərinin pis təhsil şəraitinə qarşı çıxışları ilə başlayıb. Daha sonra qiymət artımına və aşağı əməkhaqlarına protest edən müxtəlif peşə sahibləri də onlara qoşulub.

Məryəm Quliyeva