Deputat: Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir
Bakı Metropoliteni: “20 Sentyabr” stansiyasının gələn il tam istismara verilməsi hədəflənir
“Azərbaycan radiolarının siqnalı niyə ölkə ərazisində zəifləyir?”
11:48
539
Avstriya dörd rusiyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Profil" nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, dörd diplomatın hər biri Avstriya hakimiyyətinə məlum olub və artıq bir müddətdir ki, xüsusi xidmət orqanlarının diqqət mərkəzində idilər.
Avstriya mediasının verdiyi məlumata görə, ölkədən çıxarılan diplomatlardan üçü Rusiyanın Vyanadakı səfirliyində çalışırmış. Bu tədbir həmçinin ATƏT-in Vyana ofisində çalışan rusiyalı diplomata da şamil olunub. O, hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə Rusiya nümayəndə heyətinin tərkibinə daxil idi.
Məryəm Quliyeva