Ukraynada "Starlink" sistemlərinin işində məhdudiyyətlərin olduğu bildirilib Dünya

Ukraynada "Starlink" sistemlərinin işində məhdudiyyətlərin olduğu bildirilib

Ukrayna ordusunun bəzi əməliyyatları "Starlink"/"Starshield" peyk rabitəsi sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətlərin tam aradan qaldırılmaması səbəbindən yenidən uğursuzluqla nəticələnib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Serhiy Sternenko məlumat yayıb.

"Starlink/Starshield ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır. Ukrayna Müdafiə Qüvvələrinin bəzi bölmələri əvvəllər müəyyən edilmiş limitlərdən yüksək sürətlə uçuşlar zamanı işin bərpa olunduğunu bildiriblər. Lakin bu, heç də bütün missiyalara aid deyil. Onların bir hissəsi pozulub, çünki nadir hallarda da olsa məhdudiyyətlər qüvvədə qalmaqda davam edir", - deyə o, öz Telegram kanalında yazıb.

Məryəm Quliyeva