Polşa ərazisinə iki raket və bir PUA düşüb
20 Noyabr 17:01
20 Noyabr 17:01
20 Noyabr 15:39
20 Noyabr 15:38
20 Noyabr 14:16
Müxalifətçilik institutu ilə bağlı yanlış stereotiplər - MÖVQE
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Bakı metrosunda qısamüddətli texniki xəta baş verib, qatarların hərəkətində yubanmalar yaranıb
İŞİD-in “Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib
15 May 2025 11:10
2 716
ABŞ prezidenti D.Trampın Yaxin Şərq turnesi fonunda İsrailə səfər etməməsi B. Netanyahu ilə Qəzza, Suriya və İranla bağlı fikir ayrılıqlarından irəli gəlir. D.Trampın İranla ikitərəfli nüvə danışıqlarını aparması, Suriyada Türkiyənin mövqeyini dəstəkləməsi, ABŞ-ın regionda mövqeyinin güclənməsi ilə nəticələnə bilər.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Ər-Riyyadda Səudiyyənin vəliəhdinin iştirakı ilə Suriya prezidenti Ə.Şara ilə D.Trampın görüşü Vaşinqtonun Yaxın Sərq siyasətində yeni mərhələnin başlanğıcıdır. Suriya Yaxın Şərqdə Vaşinqton üçün "düyün" idi. Rusiya və İran Suriyada uzun illər Yaxın Şərqdə ABŞ siyasətini sabotaj ediblər. Bu düyünü Suriyada R. T. Ərdoğan kəsdi:
"Səudiyyədə baş tutan üçtərəfli görüşə Türkiyə prezidenti R. T. Ərdoğan onlayn şəkildə qoşulub. Təbii ki,Trampın Şara ilə görüşünün təşkilini Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub. Aparılan danışıqlar və Trampın Suriya prezidentinə dəstəyini verməsi, Netanyahunun Suriya siyasətini fiaskoya uğratmiş oldu. Təbii ki, bu danışıqlardan sonra, ABŞ Suriyaya sanksiyaları aradan qaldırması gözlənilir.
Suriyada bir müddətdir davam edən İsrailin hərbi fəaliyyəti və Druzlardan istifadə etməsi nəticəsiz qalacaq. Məhz Türkiyə prezidenti İsraillə Suriyada hərbi toqquşmadan yayınaraq diplomatik müstəvidə ABŞ-la razılaşma əldə etməsi, Suriyanın bütövlüyünü qorumaqla yanaşı, siyasi hakimiyyətin legitimliyini də tanıtdı.
Hazırda Türkiyə və Səudiyyə Ərəbistanın qarşısında duran əsas strateji plan Qəzzada atəşkəsin əldə edilməsi və Fələstin dövlətinin tanınmasıdır. Tramp Fələstin dövlətinin tanıyacağını səfər öncəsi elan etmişdi. Görünür, Tramp bu kontekstdə Türkiyə və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparıb. Hər iki ölkə Yaxın Şərqdə sabitliyin təmini və Trampın beynəlxalq reytinqinin yüksəlməsi və Nobel sülh nominasiyasina təqdim edilmək üçün Fələstinin tanınması məsələsini inandırıblar. Amma, Fələstinin tanınması Tramp tezliklə qərar verməyəcək.
Demək olar ki, Yaxın Şərqin siyasi nizamınin formalaşmasını Tramp Ərdoğanla birgə həyata keçirir. Məhz PKK tərksilah olunması da proseslərin tərkib hissəsidir".
Cavid
20 Noyabr 20:23
819
20 Noyabr 16:56
868
20 Noyabr 15:48
945