

ABŞ Federal Aviasiya İdarəsi (FAA) "Cessna 550" tipli təyyarənin hava limanı yaxınlığındakı yaşayış məntəqəsinə düşdüyünü açıqlayıb.
Xalqcebhesi.az “TRT Haber”ə istinadla qeyd edir ki, açıqlamada hələlik təyyarədə olan adamların sayı ilə bağlı məlumat olmadığı, lakin bu tip təyyarənin 6-8 nəfər daşımaq qabiliyyətinin olduğu bildirilib.
San Dieqo Yanğınsöndürmə İdarəsi verdiyi açıqlamada qəza zamanı havanın güclü dumanlı olduğunu qeyd edib. Açıqlamada təyyarənin yaşayış məntəqəsinə çırpıldığı, təxminən 15 evin və bir neçə avtomobilin alovlandığı, ərazidəki bir neçə küçənin boşaldıldığı bildirilib.
Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.