İsrail ordusu qəzzalıları təxliyəyə çağırdı Dünya

İsrail ordusu qəzzalıları təxliyəyə çağırdı

İsrail ordusu cümə günü Qəzzanın şimalındakı sakinləri cənuba təxliyə etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Avixay Adrai deyib.

“Şeyx Zayda, Salatin, Beyt Lahiya, Cəbəliyə və yaxınlıqdakı şəhərlər hazırda təhlükəli döyüş bölgələri hesab olunur və sakinləri dərhal cənuba təxliyə etməyə çağırırıq”, - Adrai bildirib.