İsrail ABŞ-la süni intellekt üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub
Petr Pavel: ABŞ olmadan Ukraynadakı müharibənin həlli mümkün deyil
Aİ Ukrayna üçün sürətli, lakin məhdud üzvlük ideyasını nəzərdən keçirir
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
22 May 2025 18:03
2 625
Mayın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sədrliyi MSK- ın iclası keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın martın 18-də keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası aparılan müzakirələrin ardınca 42 saylı Sumqayıt birinci, 47 saylı Sumqayıt- Abşeron-Qaradağ, 58 saylı Xaçmaz kənd, 62 saylı Kürdəmir, 100 saylı Göygöl- Daşkəsən-Kəlbəcər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verib.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda həmçinin cari məsələlərə də baxılıb.


