Lavrov Zelenskinin legitimliyi məsələsinin niyə vacib olduğunu izah edib Dünya

Lavrov Zelenskinin legitimliyi məsələsinin niyə vacib olduğunu izah edib

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna nizamlanmasına dair sənədlərin imzalanması zamanı Volodimir Zelenskinin legitimliyi məsələsinin niyə vacib olduğunu izah edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Zelenskidən sonra Ukraynada hakimiyyətə gələcək şəxsin həmin sənədi şübhə altına ala biləcəyini söyləyib: “Əgər legitimliyi şübhə altında olanlar bu sənədi imzalasa, onu hakimiyyətdə əvəz edənlər bunu şübhə altına ala bilər”.

Lavrov bildirib ki, hazırda ən vacibi Rusiya üçün təhlükəsizlik təhdidləri yaratmadan uzunmüddətli sabitliyi təmin edəcək sülh müqaviləsi hazırlamaqdır.