Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
4 İyun 2025 17:42
2 541
Bloomberg agentliyinin məlumatına görə, NATO-nun Haaqada keçiriləcək sammitinin təşkilatçıları Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirak edib-etməyəcəyi barədə açıq danışmırlar.
Xalqcebhesi.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, bu mövzuda qeyri-müəyyənlik ABŞ-ın keçmiş prezidenti Donald Trampı qıcıqlandırmamaq məqsədi daşıyır.
“Mümkündür ki, plenar iclasa yalnız müttəfiqlər qatılacaq. Zelenskinin iştirakına dair qeyri-müəyyənlik Trampın qəzəblənməsinin qarşısını almaq üçündür,” – deyə məlumatda qeyd olunur.
NATO sammiti 24–25 iyun tarixlərində Haaqada keçiriləcək.
Zelenski isə bildirib ki, Qərb Rusiyaya onun nə NATO-ya, nə də alyans üzvlərinə təsir edə bilməyəcəyini göstərməlidir. Onun fikrincə, Rusiya “Avropaya qarşı çıxmağa qərar verib” və buna görə də Qərbin gələcəyi ilə bağlı qərarvermədə Moskvanın yeri olmamalıdır. NATO sammitində bu açıq şəkildə göstərilməlidir.
Bundan əvvəl Ansa agentliyi xəbər vermişdi ki, ABŞ Zelenskinin sammitə dəvət olunmasına qarşı çıxır. Nəşr əlavə edib ki, demək olar, bütün müttəfiqlər bu qərara görə Vaşinqtona narazılıq ifadə ediblər.
Məryəm Quliyeva